Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Ötən gecə Moldovanın paytaxtı Kişinauda Mərkəzi Bank-ın rəhbərinin evinə əl qumbarası atılıb.

Bu barədə fevralın 1-də Baş Prokurorluq məlumat yayıb.

Evə xəsarət dəysə də bankın rəhbəri Dorin Dragutanu və ailə üzvlərinə xəsarət dəyməyib.

Hadisənin kimlər tərəfindən törədildiyi bəlli deyil, istintaq gedir.

Qeyd edək ki, Dragutanu hələ ötən ilin sentyabrında bank sistemindəki qalmaqala görə istefa verib.

Söhbət 1 milyard dolların banklardan yoxa çıxmasından gedir.

Amma Mərkəzi Banka hələ də yeni rəhbər təyin edilmədiyindən o səlahiyyətlərini icra edir.

Rusiyapərəst müxalifət isə bu arada hökumət əleyhinə etiraz aksiyalarının bərpa olunacağını bəyan edib.

Qeyd edək ki, bu günlərdə Moldovada yeni baş nazirin təyinatı ölkədə kütləvi etirazlara səbəb olub.

Müxalifət vaxtındanəvvəl parlament seçkisi keçirilməsini tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG