Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

“Türkiyənin Rusiya təyyarəsinin onun hava məkanını pozması barədə iddiası heç bir fakta əsaslanmayan düşünülmüş təxribatdır”.

Bunu fevralın 1-də Rusiya müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkov bəyan edib.

O həmçinin bildirib ki, Rusiya tərəfində olan videoda Türkiyə artilleriya qüvvələrinin Suriyanın sərhəd bölgəsindəki kəndlərini necə atəşə tutması görünür.

Konashenkovun sözlərinə görə bu videonu Rusiyaya Suriya ordusunun baş qərargahı və Suriya müxalifət qrupu təqdim edib.

O bildirib ki, Rusiyanın müdafiə nazirliyi NATO, Pentaqon və Türkiyədən insidentlə bağlı açıqlama gözləyir.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Rusiya təyyarəsinin yanvarın 29-da yenidən ölkənin hava məkanını pozması barədə məlumat yayıb.

Ankaranın məlumatına görə, bunu NATO-nun radarları qeydə alıb və xəbərdarlıqlara baxmayaraq

SU-34 təyyarəsi ölkənin hava məkanını pozub.

Günün bütün mövzuları

XS
SM
MD
LG