Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:52

-

“Elvin Paşayev barəsində Bakı Apellyasiya məhkəməsində qaldırdığımız vəsatəti hakim təmin etmədi”

Bunu E.Paşayevin vəkili Nemət Kərimli bildirib.

N.Kərimli Nərimanov rayon məhkəməsinin yanvarın 25-də E.Paşayev barəsində çıxardığı həbs qətimkan tədbirinin ləğvilə bağlı vəsatət qaldırıb.

Elvin Paşayev də məhkəmə prosesinə gətirilib. O da,vəkilinin qaldırdığı vəsatəti müdafiə edib. Vəkilin sözlərinə görə, E.Paşayev narkotika ittihamı ilə bağlı həbsini əsassız adlandırıb. Həbsinə səbəb kimi siyasi fəaliyyətini, sosial şəbəkələrdə bahalığa qarşı etirazlara qoşulmasını göstərib.

E.Paşayev həmçinin qeyd edib ki, Sumqayıt Şəhər Universitetindəki rüşvətxorluqla bağlı müntəzəm yazılar yazıb:

“E.Paşayevi həbsdə saxlamağa heç bir əsas yoxdur. Açıq-aydın görünür ki, bu, siyasi məsələdir” - deyə N.Kərimli qeyd edib.

E.Paşayev 2016-cı il yanvarın 23-də saxlanıb. Yanvarın 25-də isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotika dövriyyəsi) ittiham olunub. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. E.Paşayev Müsavat Partiyasının üzvü və “Hədəf” hazırlıq kurslarında müəllimdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG