Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

Ermənistanla Gürcüstanın müdafiə nazirlikləri fevralın 1-də Yerevanda 2016-cı ildə hərbi əməkdaşlıq barədə proqram imzalayıblar.

Sənəd Gürcüstanın baş naziri Tinatin Khidashelinin Yerevana səfəri çərçivəsində imzalanıb.

Proqramda əsasən sülhməramlı missiyalar, hərbi təhsil, peşəkar hazırlıq və strateji planlaşdırma sahələsində təcrübə mübadiləsi nəzərdə tutulur.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Khidasheli ilə keçirdiyi birgə brifinqdə deyib ki, danışıqlar zamanı əsasən müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələsi müzakirə olunub.

Ohanyan deyib ki, təhlükəsizlik sistemləri ilə bağlı tərəflər arasında müxtəlif fikir ayrılıqları olsa da Ermənistanla Gürcüstan bir-birinin prioriteti və milli təhlükəsizliyin təmin edilməsində mövqelərinə hörmətlə yanaşırlar.

O Cənubi Qafqazın çiçəklənməsi və təhlükəsizliyi ilə bağlı ideyaların həyata keçiriləcəyinə ümidlə yanaşdıqlarını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG