Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:15

-

Milli Televiziya və Radio Şurası ANS-lə bağlı çıxardığı qərarlardan 8-nə yenidən baxmalıdır. Fevralın 1-də Səbail Məhkəməsi belə qərar qəbul edib.

ANS Şirkətlər Qrupunun vəkili Sevda Məhərrəmovanın bildirdiyinə görə, məhkəmə eyni gündə telekanalın 8 şikayətinə baxıb və onları təmin edib: MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. Bu 8 şikayət ANS ÇM radiosu ilə bağlıdır. MTRŞ ötən il dekabrın 23-də ANS ÇM radiosunu 161 min manat cərimələyib” - deyə vəkil bildirib.

Telekanalın şikayətləri üzrə qərar hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Yada salaq ki, Səbail Məhkəməsi sözügedən şikayətlərə ikinci dəfə baxıb. Məhkəmə 2015-ci ilin dekabr ayında keçirilən ilk baxış zamanı şikayətlərin hamısını əsassız hesab etmişdi. 2016-cı ilin yanvar ayının sonunda isə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını ləğv etmişdi.Nəticədə şikayətlər yenidən baxılması üçün Səbail Məhkəməsinə qaytarmışdı.

Milli Teleradio Şurası son 2 ildə ANS-in cəzalandırılmasını nəzərdə tutan 26-dan çox qərar qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG