Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:10

İranın ali dini lideri Ayatolla Ali Khameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Moskvada səfərdədir.

Ali AkbarVelayati səfər zamanı yüksək vəzifəli Rusiya rəsmilərilə görüşəcək və siyasi konfransda iştirak edəcək.

4 günlük səfər zamanı qlobal problemlər, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Velayatini Moskvaya Rusiyanın strateji araşdırmalar institutu dəvət edib.

O səfərdən əvvəl Tahranda bildirib ki, İranla Rusiya sülhün bərqərar olması və qarşılıqlı hərəkətlərin inkişafı üçün şərait yaradılmasında əməli rol oynaya bilərlər.

Velayeti İranla Rusiyanı dünya və regionun iki nüfuzlu ölkəsi adlandırıb.

Velayeti 2015-ci ilin yanvarında da prezident Hassan Rohaninin xüsusi elçisi kimi Moskvada səfərdə olub.

Qeyd edək ki, İran yanvarın 16-da ona qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra dünya ölkələri ilə iqtisadi əlaqələri bərpa etməyə başlayıb.

Tehran Artıq İtaliya və Fransa ilə çoxmilyardlıq sazişlər imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG