Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

«Partiya sədrlərinin 4-5 cangüdəni var…»


Deputat Siyavuş Novruzov (arxiv fotosu)

Deputat Siyavuş Novruzov (arxiv fotosu)

Milli Məclisin fevralın 1-də keçirlən iclasında «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik edilməsini təklif edib. Report xəbər verir ki, bu təklifi İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini, Siyavuş Novruzov verib.

Deputat çıxışı zamanı bir sıra partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı vermədiklərini xatırladıb:

«Təəssüf ki, partiyaları buna məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb. Bu da qeyri-şəffaflıq yaradır. Yaxud da bir səhifə ağ kağız göndərir ki, onun maliyyə dövriyyəsi ümumiyyətlə yoxdur. Lakin baxanda görürsən ki, hər birinin aparatında onlarla işçi çalışır. Hər bir sədrin 4-5 cangüdəni var və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, gəlir və ya çıxar yoxdursa, qaranlıq mənbələr nədən ibarətdir?! Bu baxımdan, «Siyasi partiyalar haqqında« qanuna dəyişikliklər edilməlidir»

Siyasi partiyalar haqqında qanun 1992-ci ildə dövlət müstəqilliyi qazanıldıqdan sonra qəbul edilib. Bu qanuna qanunvericilik qaydasında çoxsaylı dəyişklilər edilib. Müxalif siyasi partiyalar bu dəyişiklikləri əsasən onlara maneyə kimi dəyərləndiriblər.

XS
SM
MD
LG