Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:07

Bir deputat 2 komitəyə üzv ola bilər...


Azərbaycan parlamentinin spikeri, Oqtay Əsədov

Azərbaycan parlamentinin spikeri, Oqtay Əsədov

Milli Məclisin intizam və hesablama komissiyası haqqında sənəd qəbul edilib. Bundan başqa Milli Məclisi komitələrinin yeni üzvlərinin seçilməsi haqqında sənəd də müzakirədən keçib. Milli Məclisin fevralın 1-də keçirlən iclası ilə bağlı APA-nın yaydığı xəbərdə belə deyilir.

Əsas yenilik odur ki, artıq bir deputat iki komitədə təmsil oluna biləcək. Müzakirə zamanı YAP-çı deputat Aydın Mirzəzadə buna etiraz edib: «Komitə üzvü, komitə sədri və müavinindən sonra ən yüksək statusdur. Necə ola bilər ki, aid olduğu komitənin üzvlüyündən başqa, həmin deputat digər bir komitənin də üzvü olsun? Məncə bu düzgün deyil».

Spiker Oqtay Əsədov onunla razılaşmayıb: «Burda etiraz etməyə nə ehtiyac var axı, Aydın Mirzəzadə?! Dünyanın hər yerində bu praktika var, biz də tətbiq edirik» deyə cavab verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG