Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:11

Karvan ticarət mərkəzində yenə etiraz edirlər [yenilənir]


Karvan, shopping center in Sumgait, Azerbaijan, 01.02.2016

Karvan, shopping center in Sumgait, Azerbaijan, 01.02.2016

Fevralın 1-də Sumqayıtdakı Karvan Ticarət Mərkəzində mağazaları olan sahibkarlar etiraz aksiyası keçirib.

Onlar Mərkəzin rəhbərliyindən icarə haqlarının azaldılmasını tələb ediblər. Bildiriblər ki, bazar rəhbərliyi icarə haqlarını 50 faiz enidrəcəklərini vəd etsə də, vəd yerinə yetirilməyib.

Bundan sonra Ticarət Mərkəzində sahibkarlarla bazar rəhbərliyi arasında görüş başlayıb. Görüşdə yenidən 50 faizlik endirim haqda razılıq əldə olunub. Ancaq bu, icarə haqqını əvvəl 500 manat ödəyənlərə aiddir. Onlar 250 manat ödəyəcəklər. 1200 manat icarə haqqı ödəyənlərlə isə ayrı danışıq olacaq.

Görüşdə Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov da iştirak edib.

Sumqayıt şəhər icra hakimiyyətindən AzadlıqRadiosu-na bildiriblər ki, onların nümayəndəsi görüşdə iştirak edir. Ancaq bu haqda hələ hər hansı məlumat verə bilməzlər.

Bundan əvvəl də Karvan Ticarət Mərkəzində bir neçə dəfə etiraz aksiyası keçirilmişdi. Etirazçılar əvvəlcə bildirmişdilər ki, Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları onların mağazalarını sökmək istəyir. İcra hakimiyyətindən isə bunu təkzib etmişdilər. Sonradan sahibkarlar daha bir neçə dəfə yığışıb icarə haqlqarının yüksək olmasına etiraz etmişdilər.

YENİLƏNİB: Razılığa gəlinəndən və görüş başa çatandan sonra mağazalar işə başlayıb... Mağaza sahibləri isə bu günkü aksiya haqda mediaya danışamaqdan imtina ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG