Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:23

«Şahdəniz-2-də işlərin 50 faizi görülüb…»


Natiq Əliyev, energetika naziri
Natiq Əliyev, energetika naziri

-

«Şahdəniz 2» mərhələsində işlərin 50 faizdən çox hissəsi görülüb. «APA» xəbər verir ki, bunu energetika naziri Natiq Əliyevin jurnalistlərə bildirib.

Nazir deyib ki, son bir ildə Cənubi Qafqaz Boru Kəməri üzrə boruların 20 faizi artıq inşa edilib: «Gürcüstanda kompressor stansiyalarının quraşdırılmasına başlanılıb, işlər qrafikdən daha sürətlə gedir».

Nazir bildirib ki, TANAP layihəsi üzrə işlərin çox hissəsi görülüb: «Boruların gətirilməsi başa çatıb. Trans-Adriatik Qaz Boru Kəməri üzrə (TAP) üzrə də hökumətlərlə sənədlər imzalanıb. Düzdür, bəzi lokal problemlər yaranmışdı, onlar da həll edilir. Bizə önəmli olan ətraf mühitə təsirlə bağlı sənəd idi ki, o da artıq imzalanıb».

N. Əliyev deyib ki, bütün tərəflər gələcəkdə yarana biləcək hər hansı problemlərin aradan qaldırılmasını müzakirə edəcək.

«Şahdəniz Mərhələ-2» və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. Layihə nəticəsində ŞD Mərhələ 1 layihəsindən əlavə 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir. Hazırda bu layihədən 9 milyard kub metr qaz hasil edilir. İkinci mərhələyə aid olan bu işlərin ümumi qiymətinin ən azı 40 milyard ABŞ dolları olması gözlənilir. Bu, hazırda dünyada ən iri qaz layihələrdən biri sayılır. Quruda tikinti meydançalarında və terminalda həyata keçirilən işlər 2014-cü ildən aparılır. Bu işlərin 2017-ci ilin sonuna qədər davam edəcəyi praqnozlaşdırılır.

XS
SM
MD
LG