Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:15

Nazir özəlləşdirliləcək müəssisələrdən danışdı


Azərbaycan energetika naziri Natiq Əliyev
Azərbaycan energetika naziri Natiq Əliyev

-

«SOCAR-ın özəlləşdirilməsindən söhbət gedə bilməz. Bunu Prezident də deyib», «Report» bildirir ki, bu sözləri energetika naziri Natiq Əliyev jurnalistlərə bildirib.

Nazir, ölkənin enerji sektorunda fəaliyyət göstərən müəssisələrin xeyli köhnəldiyini və çox böyük investsiyalara tələbat olduğunu qeyd edib. Natiq Əliyevin fikrincə digər enerji müəssisələrindən isə yalnız köməkçi qurumlar özəlləşdirilə bilər:

«Təxminən 4 milyard dollar investisiya lazımdır, bunu isə fiziki şəxs edə bilməz. Hansısa şirkət edə bilər. Yaxud biz onların özəlləşdirilməsi üçün başqa yollar tapmalıyıq» deyə nazir durumu anladıb.

2015-ci ilin dekabrında baş verən ikinci devalvasiyadan sonra ölkədə yaranan böhrandan çıxış yolu kimi rəsmi Bakı özəlləşdirməyə getməyin mümkünlüyünü bildirdi. O zaman Dövlət Neft Şirkətinin də özəlləşdirilə bilməsi haqda danışıldı. Amma istər dövlət başçısı, istərsə də digər rəsmilər bunu mümkünsüz saydılar.

XS
SM
MD
LG