Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41

-

Səudiyyə Ərəbistanında ötən həftə 9 amerikalı terror şübhəlisi kimi saxlanıb. Həmin əməliyyatda ümumilikdə 33 nəfər həbsə atılıb.

İngilisdilli Saudi Gazette yanvarın 31-də naməlum mənbəyə istinadla yazıb ki, 4 amerikalı yanvarın 25-də, beşi sonrakı günlər saxlanıblar.

ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisi məlumatdan xəbərdar olduğunu deyib, ancaq detalları açıqlamayıb.

Məlumata görə, saxlananlardan 14-ü səudiyyəli, üçü yəmənli, ikisi suriyalı, biri indoneziyalı, biri filippinli, biri Birləşmiş Ərəb Əmirliklərindən, biri fələstinli, biri qazaxıstanlıdır.

Şübhəlilərin İslam Dövləti silahlı qruplaşmasına bağlı olub-olmadığı açıqlanmır. Bu qruplaşma krallıqda bir sıra hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG