Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

-

Son 2 ildə Avropada rəsmi orqanlarda qeydiyyata alınandan sonra azı 10 min miqrant uşaq yoxa çıxıb. Bunu Avropa Birliyinin (AB) hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üzrə agentliyi bildirir.

“Onların heç də hamısı cinayət məqsədləri ilə istifadə olunmaya bilər; ola bilsin, bəziləri ailə üzvlərinə təhvil verilib”, Britaniyanın “The Observer” qəzeti yanvarın 31-də Europol-un heyət rəhbəri Brian Donald-dan sitat gətirir. “Onların harada, kimlə olduğunu, nə etdiyini bilmirik”.

Donald xəbərdarlıq edib ki, təkmil bir “cinayətkar infrastruktur” indi qaçqınları hədəfə alır.

Beynəlxalq “Save the Children” təşkilatı bildirir ki, ötən il Avropaya 26 min uşaq ailəsiz gəlib. Bu uşaqların seks işinə və digər qanunsuz fəaliyyətə cəlb oluna bilməsi sarıdan narahatlıq var.

Günün bütün mövzuları

XS
SM
MD
LG