Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:12

-

Millət vəkili Səməd Seyidovun Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə xəbər doğru deyil. Bunu Səməd Seyidovun AŞPA nümayəndə heyətindəki həmkarı Fazil Mustafa yerli saytlara açıqlamasında deyib.

Fazil Mustafa qeyd edib ki, S. Seyidov son iclasda səhhəti ilə bağlı iştirak edə bilməyib: “Səməd Seyidovun səhhətində problem yaranıb, ayağındakı narahatlığa görə, sessiyada iştirak edə bilməyib. Yəqin buna görə, onun haqqında qeyri-dəqiq informasiya yayılıb”, deyə millət vəkili bildirib.

F.Mustafa deputat Vüsal Hüseynovun AŞPA-dakı nümayəndə heyətinin yeni rəhbəri təyin edilməsi barədə deyilənlərə də münasibət bildirib: "Səməd Seyidov AŞPA sessiyasında iştirak edə bilmədiyi üçün Vüsal Hüseynovun onu əvəz etməsi mümkündür. Amma bu, Səməd Seyidovun nümayəndə heyətinin rəhbəri olaraq dəyişdirilməsi demək deyil. Səməd Seyidovun Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılması heç mümkün də deyil. Çünki o, uzun müddətdir bu yöndə çalışır və onun təcrübəsinə çox böyük ehtiyacımız var".

Yada salaq ki, yanvarın 31-də bəzi yerli saytlar Səməd Seyidovun Azərbaycanın AŞPA nümayəndə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldığını yazırdılar. Həmin yazılarda qeyd edilirdi ki, AŞPA məruzəçisi Robert Walter-in «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib. Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün qınanmasına çağırış əksini tapmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG