Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:07

Sinayda hərbçilərə hücum olub


Sinayda növbəti hücumdan sonra, arxiv fotosu

Sinayda növbəti hücumdan sonra, arxiv fotosu

-

Misirin Sinay yarımadasında təhlükəsizlik qüvvələrinə hücum olunub, iki polis əməkdaşı və iki əsgər qətlə yetirilib.

Polis maşını yaxınlığında uzaqdan idarə olunan bomba partladılıb. Yarımadanın şimalındakı Şeyx Züveyd regionunda da oxşar hücum törədilib.

BU hücumlara görə məsuliyyəti üzərinə götürən olmasa da, əvvəllər oxşar hücumları İslam Dövləti (İD) silahlı qruplaşmasının yaraqlıları törədib.

Ötən oktyabrda Sinayda Rusiya təyyarəsinin partladılmasına görə də İD məsuliyyəti götürmüşdü. Həmin hadisədə 224 nəfər həlak olmuşdu.


Günün bütün mövzuları

XS
SM
MD
LG