Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:53

Z.Balayan Qarabağ haqda kitabını İsveç Silah Muzeyində təqdim edib


Zori Balayan

Zori Balayan

-

Yanvarın 28-də Stokholm Krallıq Silah Muzeyində (Royal Armoury Museum) erməni yazıçı-publisisti Zori Balayanın “Ölmək haqqı yoxdur” (No Right to Die) kitabının İsveç nəşrinin təqdimatı olub. Kitab Dağlıq Qarabağ münaqişəsi mövzusundadır.

Tədbirdə Zori Balayanla yanaşı, İsveç Krallıq Məhkəməsinin sədri, deputatlar, səfirlər, din, mədəniyyət qurumlarının və erməni icmasının nümayəndələri iştirak ediblər.

İsveçin Ermənistandakı keçmiş səfiri və kitabın İsveç nəşrinin önsöz müəllifi olan H.E. Hans Gunnar Aden erməni mədəniyyəti, müəllif və kitab haqqında giriş sözü deyib.

Sonra Zori Balayan söz alıb o, çıxışında Dağlıq Qarabağ münaqişəsi haqda öz baxışlarından danışıb.

Tədbirdən sonra Z.Balayan İsveçin çoxmillətli Sodertalje şəhərindəki erməni kilsəsinə baş çəkib, kilsədə “Ermənistan: dənizdən dənizə” filmi nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG