Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08

“10 gündür kitablarımız gömrükdə qalıb”


Azerbaijan -- Shahbaz Khuduoglu, director of the "Ganun" publishing house - Nov2014

Azerbaijan -- Shahbaz Khuduoglu, director of the "Ganun" publishing house - Nov2014

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu AzadlıqRadiosunun suallarını cavablandırır:

- Manatın devalvasiyasınından sonra müşahidə edilən bahalaşmanın müqabilində kitablarda böyük faizlə endirim etdiz. Nəticə necədir?

- Ümumi kitablara 30,70,90 faiz endirimlər etdik, fəaliyyətimiz dövründə bu həm faiz, həm də çeşidinə görə ən böyük endirimdir. Bu kampaniya haqqında əsasən sosial media vasitəsi ilə məlumat yaydıq, göründüyü kimi böyük effekt əldə etdik. Məqsəd daha çox yeni oxucu təbəqələri əldə etmək idi, məncə buna nail olduq. Cəmiyyətdə şübhə var idi ki, devalvasiyalarda qiyməti niyə belə kəskin endirdik. Məncə, bizim cəmiyyət çox maddiləşib və yalnız çörək barədə, yemək barədə, mal-mülk barədə düşünür. Kitabsızlıq ona mənəvi böhran kimi gəlmir, ona görə ən böyük böhran yeməyin azalmasıdır. Devalivasiyadan vahimələnərək hamı marketlərə cumub son pullarını konservalara, spagettilərə, qutu-qutu siqaretlərə verəndə qarşılarına daha ucuz kitab çıxardıq. Kitab bütün böhranları aşmaq gücündədir. Sanki bütöv bir cəmiyyət kanalizasiya borusuna çevrilib, yemək və yenə yemək barədə düşünür. Amma bu həqiqətdir ki, boş başın mədəsi heç zaman dolmaz.

- Kağızın qiyməti qalxıb. Məsələn, Mətbuat Şurası qəzetlərin çapında problem yaranacağını deyir, yardım üçün prezidentə müraciət edib. Naşirlər nə etmək niyyətindədir? Kitablar bahalanacaqmı?

- Yalnız kağız deyil, kitabın da qiyməti artacaq. Xaricdən gələn həm xarici kitablara, həm də xaricdə nəşr olunan yerli yazarların kitablarına gömrükdə 18 faiz ödənməlidir. Bu vaxta qədər kitab 18 faiz ƏDV ödəyicisi idi, yəni bazarda satılarkən ƏDV ödəyirdik. Belə çıxır ki, indi ikiqat vergi ödəyəcək. Hazırda bizim gömrükdə 10 adda kitabımız var və hərəsi təxminən 1500-2000 tirajdı. Bunlara görə 10 min manat – yəni 18 faizlik ƏDV ödəməliyik. Artıq 10 gündür kitabları gömrükdən götürə bilmirik. Əvvəllər bu ödəniş yox idi, 2016-cı il yanvarın birindən Vergi Məcəlləsinə olan dəyişikliyə görə xaricdən gətirilən kitablar da vergiyə cəlb olundu. Biz əksini gözləyirdik, elə bilirdik ki, danışılan islahatlarda kitabın üzərindən 18 faiz ƏDV götürülər, amma əksinə oldu, indi kitaba görə ikiqat vergi ödəyəcəyik.

Biz bəzi kitablarımızı xarici olkələrin nəşriyyatında çap edirdik, çünki Azərbaycanda böyük mətbəə sənayesi yoxdur, elə o avadanlığı gətirə bilməməyimizin səbəbi gömrükdə yaradılan problemlər olub. Biz kitabın bütün nəşriyyat işini burda görüb sadəcə çap üçün xaricə göndərirdik. İndi belə çıxır ki, bu kitablara ikiqat vergi qoyulur və bunun da fonunda kitabın qiymətinin bahalaşması qaçılmazdır. Digər tərəfdən, kağız bahalaşdığı üçün yelri çap olunan kitabların da qiyməti qalxacaq.

- Şahbaz bəy, 2015-ci ilin kitab satışındakı rəqəmlər nə göstərir? Ötən illərlə müqayisədə satış azalıb-çoxalıb?

- Hər il azda olsa kitab satışında artım var. Küçələrdə, təhsil ocaqlarında keçirilən endirimli kitab yarmarkalarında kitab oxucularının sayı artmaqda davam edir. Amma hələ də kitab özünü saxlamaq gücündə deyil, yəni sən Bakı, yaxud regionda geniş bir kitab dükanı aç və orda kitab sat, o satışdan gələn gəlirlərlə kirə ödəmək, işçi saxlamaq hələ də mümkün deyil. Kitaba münasibətdə dəyişiklik baş verib, əgər əvvəl tələbə barmaqla kitabı göstərib “ala, kitaba bax”, deyə gülürdüsə, daha bunu etmirlər. Əlində kitab tutan gənclərin sayı xeyli artıb.

- Bədii ədəbiyyat sahəsində oxucuların maraq dairəsi hansı növ ədəbiyyatadır və əvvəlki illərlə müqayisədə bu maraq dairəsi necə dəyişir?

- Bizim rəqəmlərə görə bədii və fərdi inkişaf kitabları çox satılır. Sahə kitabları yox kimidir. Bədii ədəbiyyatda da əyləncə və detektiv əsərləri üstünlük təşkil edir.

- “Qanun” nəşriyyatının Vergilər Naziliryi ilə bağlı problemi nə yerdə qalıb?

- İşimiz məhkəmədədir. Hələ də hesablarımız bağlıdır. Kompüterlərimiz, sənədlərimiz geri qaytarılmayıb, İşçilərin yarı faizi işdən azad olunub. Əməkdaşlıq etdiyimiz tərcüməçi, redaktorların çoxu ilə işbirliyini dayandırdıq. Qonorar ödəyə bilmədik. Bunlar hamısı Vergilər Nazirliyinin xidmətidir. Vergilər Nazirliyinin cəzası yumşaq ölümdür. Görək, məhkəmlərdə bu ölümdən yaxa qurtara biləcəyikmi?..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG