Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:34

-

BMT müharibədən əziyyət çəkmiş iraqlılara humanitar yardım məqsədilə 861 milyon dolların toplanmasına çağırır.

“Prioritetimiz böyük əziyyətdə olan insanlara sağ qalmaqdan ötrü gərəkəni – ərzaq, pul, sığınacaq, su çatdırmaqdır”, BMT-nin İraq üzrə koordinatoru Lise Grande yanvarın 31-də Bağdadda mətbuat konfransında deyib.

Neftin ucuzlaşması, məzhəbçilik İraqa ciddi ziyan vurub, İslam Dövləti (İŞİD) ekstremist qruplaşması ilə müharibə 3.3 milyon iraqlını didərgin salıb.

Hökumətin yanvarın 31-də açıqladığı hesabata görə, İŞİD-lə müharibənin yaratdığı humanitar böhranın həllindən ötrü bu il İraqa 1.56 milyard dollar lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG