Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:49

Tapılan cəsəd neftçi Şahmarova aid deyil?


Azerbaijan -- A fire on an offshore oil platform in the Guneshli field - 05Dec2015
Azerbaijan -- A fire on an offshore oil platform in the Guneshli field - 05Dec2015

"Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda tapılan və ölkəyə gətirilən cəsədin Sahib Güloğlan oğlu Şahmarova məxsus olması hələlik təsdiqini tapmayıb". “Anspress” bu xəbəri Sahib Şahmarovun qardaşı Seymur Şahmarova isnadən yayıb.

Onun sözlərinə görə, meyit ölkəmizə gətirildikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün Sahibin ailəsi morqa çağırılıb. "Morqda gördüyümüz cəsəd tanınmaz halda idi. Demək olar ki, yarısı yox idi, həm də qardaşıma oxşamırdı. Ona görə tanımaqda çətinlik çəkdik. Bundan sonra məhkəmə tibbi ekspertiza təyin edildi və cəsəddən DNT analizi götürüldü. Sabah isə mərhumun oğlundan bənzər analiz götürüləcək. Əgər analizlərin nəticəsi üst-üstə düşsə, meyitin Sahibə məxusluğu təsdiqlənəcək və onu morqdan götürüb dəfn edəcəyik".deə Seymur Şahmarov bildirib.

Yanğınla əlaqədar yaradılan qərargahdan da Seymur Şahmarovun dediklərini təsdiq edərək tibbi ekspertizanın cavabının yaxın iki həftə ərzində hazır olacağı və ondan sonra meyitin şəxsiyyətinin dəqiqləşəcəyi bildirilib.

Yanvarın 29-da Xəzərin Türkmənistan sektorundan kişi meyiti aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.Onun Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilir. 43 yaşlı Sahib Şahmarov Laçın, Füzuli, Şuşa və Ağdamda döyüşlərdə iştirak edib. Qarabağ döyüşlərində Sahib güllə yarası alıb. Sağaldıqdan sonra Şahmarov yenidən cəbhəyə yollanıb və bir neçə dəfə mükafatlandırılıb.

İki uşağı qalıb: 11 yaşlı Məhəmməd və 10 yaşlı Məsumə.

2015-ci il dekabrın 4-də Xəzər dənizindəki dərin özüllü “Günəşli” yatağındakı 10 saylı platformada yanğn baş verib, 34 nəfər xilas edilib, 11 meyit aşkarlanıb, 19 nəfər itkin düşmüş sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG