Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:53

MSDM böhrandan çıxış layihəsi hazırlayıb


Azerbaijan -- opposition leader Isa Gambar - 26Sep2014

Azerbaijan -- opposition leader Isa Gambar - 26Sep2014

Milli Strateji Düşüncə Mərkəzi (MSDM) ölkənin düşmüş olduğu böhrandan çıxa bilməsi üçün yeni “Böhrandan İmkana Yol xəritəsi”nin layihəsini hazırlayıb.

“Yol” xəritəsinin preambula hissəsində ölkədə sosial-iqtisadi böranın dərinləşdiyi deyilir, bununla yanaşı bərbad idarəçilik nəticəsi olaraq fəlakətli durum yarandığı vurğulanır.Yanvar ayında bahalığa etiraz olaraq keçirilən aksiyalar sosial-iqtisadi tələblərlə keçirilən yekcins, davamlı və sinxron aksiyalar kimi dəyərləndirilir. “Bu aksiylar göstərdi ki, aksiyaların böyüməsi, sosial-iqtisadi gərginliyin ictimai-siyasi gərginliyə çevrilməsi an məsələsidir”deyə sənəddə vurğulanır.

“Yol xəritəsi” layihəsinin müəllfiləri hakimiyyətə yönlən məsajlarında onları problemlərin həllinə çağıraraq, əks halda ölkədə “kiçik güzəşt, böyük repressiya” siyasətilə hansısa müsbət irəliləyişin olmasına ümid bəsləməyin mümkünsüz olduğunu xatırladırlar.

“ Bu yol xəritəsi əhalinin böhrandan qorunması, iş adamlarına azad iqtisadi fəaliyyət, demokratik qüvvələrə öz potensialını gerçəkləşdirmək imkanı, rejimə isə hakimiyyətin dinc və tədrici şəkildə xalqa təhvil vermək şansı yarada bilər. Nəticədə Azərbaycan 2018-ci ilə – Respublikamızın 100-cü ildönümünə yenilənmiş şəkildə daxil ola bilər”deyə sənəddə vurğulanır.

Layihənin təcili sosial, iqtisadi siyasi tədbirlər bölümlərində bu istiqamətlər üzrə görüləcək zəruri tədbirlər sadalanır. Bu silsilədə siyasi məhbusların azadlığı, siyasi azadlıqların bərpası, QHT və medianın, siyasi partiyaların fəaliyyətinə normal şərait yaradılması qeyd edilir. Avroatlantika mıkanına inteqrasiya məsəsləsi xüsusi olaraq nəzərə çatdırılır.

Layihədə bu ilin fevralında yeni Konstitusiya jayihəsinin hazırlanması üçün Konstitusiya komitəsi yaradılması və yazında referendum keçirilməsi, ilin ikinci yarısında parlament, 2017-ci ildə isə prezidnet seçkiləri keçirilməsi müddəaları əksini tapır

MSDM layihə ilə bağlı dinləmələr keçirməyi nəzərdə tutur.

Milli Strateji Düşüncə Mərkəzi 2013-cü ilin sonunda yaradılıb, sədri eks-spiker, Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərdir. Qurum ölkənin taleyüklü məsələlərilə bağlı dinləmə və müzakirələr keçirirlər. Bu sırada qurum Qarabağ, seçki, ölkənin neft siyasətilə bağlı müzakirələr keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG