Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:34

-

"Yaxşı olmazdımı ki, animasiya adına ayrılan bütün pullar animasiya çəkən yeni kadrların xarici ölkələrdə təhsil almasına sərf olunaydı?!"

Şahin Axundov

(Həvəskar animator)

Filan qədər pul da buna silinəcək

Cırtdan

Cırtdan

Azərbaycanda Nazim Məmmədov adına Virtual Animasiya Muzeyi yaradılır.

Bu internet resurs özündə ötən əsrin 1960-90-cı illərində Azərbaycan animasiya tarixi haqqında böyük məlumat bazasını əks etdirəcək.

"AzərTac"ın xəbərinə görə, layihə insanlarda nostalji hisslər oyadacaq. İnsanlar "Cırtdanın yeni sərgüzəşti", "Pıspısa xanım və Siçan bəy", "Şah və xidmətçi", "Meşəyə insan gəlir", "Şahzadə-qara qızıl", "Göyçək Fatma" kimi sevimli cizgi filmlərini izləyə biləcəklər. Virtual muzey keçmiş cizgi filmlərinin ab-havasını hiss etməyə, Azərbaycan rejissorları barədə məlumat almağa, o vaxtkı animatorların fotolarını görməyə imkan verəcək."

Yəni buna da filan qədər pul silinəcək. Bu iş Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə "Arts Council Azərbaycan" təşkilatının təşkilatçılığı ilə görülür. Bir internet səhifə üçün bu qədər idarə və şəxsin cəlb olunmasına nə ehtiyac var?

Ümumiyyətlə, bu səhifəyə nə ehtiyac var? Bir halda ki, adı çəkilən animasiya filmlərinə elə bu gün də YouTube vasitəsilə baxmaq mümkündür.

Yaxşı olmazdımı ki, animasiya adına ayrılan bütün pullar animasiya çəkən yeni kadrların xarici ölkələrdə təhsil almasına sərf olunaydı?

Animasiya kataloqu

Animasiya kataloqu

Ancaq yox, nazirlik tez-tez animasiya filmləri üçün müsabiqə elan edir. Müsabiqələrin nəticələri heç vaxt yaxşı olmur. Hər müsabiqədən sonra bir fakt təkrar-təkrar özünü büruzə verir: Çəkə bilmirik, vəssalam.

Deməli, kadr yodur. Kadrı necə yetişdirməli? Təhsillə. Animasiya filmləri sahəsində xaricdə təhsil almaq üçünsə dövlət bir nəfərə də qrant verməyib. Məsələn, mən müraciət etmişəm. Təhsil Nazirliyi bunun prioritet sahə olmadığını deyərək, imtina edib.

Köhnə animasiya filmləri baxılası deyil. Onların dövrü çoxdan keçib. Hər hansı uşağı o filmlərlə üz-üzə qoysaq, uşağın tezliklə darıxdığını, yuxuladığını görərik.

"Maşa və Ayı" Azərbaycan uşaqlarının ən sevimli animasiya filmidir. Uşaqları qınamalı deyil, dinamik xarici animasiya filmlərini qoyub, axı köhnə animasiya filmlərimizə necə baxsınlar?!

Demək, bu böhran vaxtında növbəti bədxərcliyin funksional səbəbi yoxdur, səbəb yalnız nostalji hisslərdir?! Rəsmi elanda da belə deyilir:

"Layihə insanlarda nostalji hisslər oyadacaq."

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG