Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

Cenevrədə Suriya danışıqları gedir


Cenevrədə Suriya danışıqları, 29 yanvar, 2016-cı il

Cenevrədə Suriya danışıqları, 29 yanvar, 2016-cı il

-

Suriyanın əsas müxalifət qrupu Cenevrədədir, ancaq BMT-nin vasitəçilik etdiyi danışıqlarda iştirakı hələlik bəlli deyil. Ali Danışıq Komitəsinin (HNC) yanvarın 31-də BMT vasitəçisi ilə ilkin görüş keçirəcəyi gözlənir.

Qrupun sözçüsü Salim al-Muslat deyib ki, Dəməşq hökumət həbsxanalarındakı qadınları və uşaqları buraxmalı, mühasirədə olan ərazilərə yardım çatdırılmasına icazə verməlidir. Ancaq o, danışıqlar üçün ilkin şərt irəli sürmədiklərini də sözlərinə əlavə edib.

BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul etdiyi qətnamə bütün tərəflərdən tələb edir ki, mühasirədə olan ərazilərə humanitar yardım çatdırılmasına imkan versinlər, qanunsuz saxlanan şəxsləri buraxsınlar, dinc əhalinin yaşadığı yerlərə hücumları dayandırsınlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG