Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:22

Malaziyanın baş prokurori Ali Apandi bildirib ki, ölkənin baş naziri Najib Rasak korrupsiyada günahkar deyil. Onun şəxsi hesabından aşkar edilən 681 milyon dollar isə rüşvət deyilmış. Hədiyyə isə Səudiyyə Ərəbistanının kral ailəsi üzvləri tərəfindən verilib.

Bəs, bu hədiyyə niyə görə verilib? BBC yazır ki, Malaziyanın baş prokuroru bunu baş nazirin şəxsi işi olğunu bildirib. Ona görə də bu məbləğdə hədiyyənin nə üçün verildiyinə aydınlıq gətirməyib.

Baş prokuror Ali Apandi bildirib: “Mən istintaqın nəticələrindən razıyam. İstintaq göstərdi ki, bu rüşvət alma və rüşvət forması deyil”.

Baş prokuror onu da deyib ki, baş nazir Səudiyyə Ərəbistanının kral ailəsinə istifadə olunmamış 620 milyon dolları geri qaytarıb.

Baş nazirin “şəxsi işi”

Axı, niyə bu qədər pul baş nazirə verilibmiş? Baş prokuror bir daha vurğulayıb ki, “bu, baş nazirlə Səudiyyə Ərəbistanı kral ailəsinin şəxsi işidir”.

Hökumətin İnvestisiya Fondunun fəaliyyətinin araşdırılması ilə məşğul olan Malaziyanın hökumət komissiyası baş nazir Najib Rasakın hesablarında 681 milyon dollar aşkar etmişdi.

Rasakın hesabındakı 681 milyon dolların dövlətə məxsus 1 MDP adlanan İnvestisiya Fondundan gəldiyi iddia olunurdu. Baş nazir özü isə ittihamları rədd etmişdi. Həmin pullar baş nazirin hesabına 2013-cü ilin mart və aprel aylarında köçürülübmüş.

“Bəs, qalan 61 milyon dollar necə oldu?”

Baş prokuror isə 620 milyonun geri qaytarıldığını deyir. Malaziyada isə bu sual çoxlarını düşündürür: “Bəs, qalan 61 milyon dollar necə oldu?”

Baş nazirin partiyası Umno-nun rəhbərliyi pulun 2013-cü ildəki seçki kampaniyası zamanı xərcləndiyini bildirir. Ancaq pulların Rasakın şəxsi istifadə üçün xərclədiyin deyənlər də var.

İstintaqın nəticəsindən asılı olmayaraq, bu hadisə Najib Rasakın 7 illik iqtidarında kölgə salıb.

XS
SM
MD
LG