Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

-

Əfqanıstanın şərqində Nangarhar vilayətində naməlum silahlılar televiziya jurnalistini qətlə yetiriblər. Haji Mohammad Zubair Khaksar Əfqanıstan Milli Televiziya və radio şəbəkəsinin Nangarhar müxbiri idi.

Hadisə yanvarın 29-da baş verib. Khaksar bir məclisdən evə qayıdırmış.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq Khaama xəbər agentliyinin yazdığına görə, İslam Dövləti ekstremist qruplaşmasının yaratdığı bildirilən bir radio Nangarharda jurnalistlərə təhdid mesajları yayır. Əfqanıstan hakimiyyəti həmin radiostansiyanı aşkarlamağa çalışır.

Bir neçə gün öncə Taliban Kabildə Tolo TV əməkdaşlarına hücum edib, 7 nəfər həlak olub, 26 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG