Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

-

İsveçin paytaxtı Stokholmda neonasistlər olduğu güman edilən onlarla maskalı şəxs miqrantlara hücum edib.

İsveç polisi yanvarın 30-da bildirib ki, böyük bir dəstə adamları qaçqınlara hücuma çağıran vərəqələr paylayıblar.

Şahidlərin sözlərinə görə, həmin şəxslər xaricilərə hücum ediblər. Ancaq polis hansısa hücumun baş verdiyini təsdiqləməyib.

Ancaq maskalı şəxslərin polislə toqquşduğunu göstərən video yayılıb.

İsveçdə miqrantlara görə böhran yaşanır. Ötən il İsveçdə sığınacaq üçün 163 min miqrant müraciət edib. Bu, Avropada adambaşına düşən ən böyük rəqəmdir.

Ölkə rəhbərliyi bu günlərdə bildirib ki, bir neçə ilə on minlərlə miqrant ölkədə deportasiya olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG