Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:43

-

ABŞ Prezidenti Barack Obama bu vəzifədə ilk dəfə olaraq gələn həftə Amerika məscidinə gedəcək. Prezident Birləşmiş Ştatlarda antimüsəlman ritorikasının artdığı bir vaxtda din azadlığına dəstək nümayiş etdirmək istəyir.

Ağ ev bildirib ki, Obama fevralın 3-də Baltimor İslam Cəmiyyəti məscidinə gedəcək, icra liderləri ilə danışacaq, çıxış edəcək.

Bəzi siyasətçilər, özəlliklə də respublikaçılardan prezidentliyə namizəd Donald Trump antimüsəlman çıxışlar edəndən sonra Obama dəfələrlə amerikalılara bu mövzuda müraciət edib.

Dekabrda Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin ölümüylə nəticələnmiş hücumu islamçı silahlıların törətdiyi üzə çıxandan sonra Trump müsəlmanların ABŞ- a girişini qadağan etməyə çağırırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG