Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:32

-

«Şadam ki, 2016-cı ildə də belə gözəl müəssisələr açılır. İli yaxşı başlamışıq».

Bunu prezident İlham Əliyev yanvarın 30-da Bakının Qaradağ rayonunda «Mətanət-A» şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında deyib.

O, şirkət rəhbərindən işçilərə nə qədər maaş verdiyini də soruşub.

İlham Əliyev deyib ki, şirkətin ölkənin iqtisadi inkişafına töhfə verməsinə sevinir: «Dövlət də sizi dəstəkləyir. İqtisadiyyat Nazirliyinə göstəriş vermişdim ki, bundan sonra da lazımı dəstəyi versin. Təki, siz daha da yaxşı işləyəsiniz, insanlar daha da yaxşı maaş alsınlar, xalqımız daha da yaxşı yaşasın».

Şirkətin 6-cı müəssisəsi olan Yeni Ağdağ gips zavodu 4.4 hektar sahədə yaradılıb. Burada gips əsaslı tikinti materialları istehsal ediləcək. Bu zavodun tikintisinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1.5 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə «Mətanət-A» şirkətinə Fond tərəfindən 2.5 milyon manat güzəştli kredit ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG