Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:42

Əczaçılıqla bağlı qanun hazırlanır


Milli Məclis
Milli Məclis

-

Milli Məclisdə Azərbaycanda dərman sənayesinin və əczaçılıq sahəsinin inkişafı ilə bağlı qanun layihələri hazırlanır.

Bu barədə AzNews.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. Onun sözlərinə görə, artıq bu sahədə bir sıra qanunların hazırlanması üçün təkliflər irəli sürülüb: «Onlardan biri dərmanlara qoyulan verginin azaldılması və yaxud da ləğv olunması ilə bağlı təklif idi. Eyni zamanda mən də bir təklif irəli sürdüm. Bildirdim ki, Azərbaycanda da əczaçılıq sənayesi və farmakologiya xidməti haqqında qanun layihəsi hazırlanmalıdır. Bu da müsbət qarşılandı. Hesab edirəm ki, yaxın gələcəkdə bu qanun layihəsinin çox önəmi olacaq. Əczaçılıq sahəsinin inkişaf etdirilməsi hərbi və müdafiə sənayesi qədər önəmlidir. Dərman ölkə üçün silah qədər önəmlidir».

Deputat qeyd edib ki, dünyada dərman sənayesi güclü monopoliya altında olduğundan, Azərbaycan bu sahəni inkişaf etdirməlidir: «Müharibə şəraitində olan Azərbaycan xalqının sağlıq probleminin həlli dərman təminatından keçir. Bu mənada insanların dərmanlara ehtiyacı var. Çörək, şəkər kimi eyni zamanda dərman preparatlarına da tələbat var. Öz dərman sənayemizi inkişaf etdirməli və başqa ölkələrdən asılı olmamalıyıq».

XS
SM
MD
LG