Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:16

M.Ə.Rəsulzadənin ruhu nədən inciyir?


M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə

-

İz - «Bir Bayraq əfsanəsi»
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

Yanvarın 31-də Azərbaycan Cümhuriyyəti banisinin 132 yaşı tamam olur.

AzadlıqRadiosunun «İz» proqramı M.Ə.Rəsulzadənin doğum günündə onu sayqı-sevgiylə anaraq, yenə «Bir Bayraq Əfsanəsi - M.Ə.Rəsulzadə» radiodastanını səsləndirəcək.

«Məhəmməd Əmin Rəsulzadə elə rəmzlərdən sayılır ki, onun doğum günü mənliyini, ləyaqətini, onurğasını qorumaq istəyən, çağdaş dünya ilə bir olmağı uman, gericil təsəvvürlərdən qurtulmağa can atan hər kəs üçün əziz gündür.

Bu «İZ» onun izi olsun - dedik, onun işığına yığışaq, onu anaq – dedik və «Bir bayraq əfsanəsi» radio dastanını növbəti doğum günü ərəfəsində sizə təqdim etməyə qərar verdik».

«Bir Bayraq Əfsanəsi» radiodastanı bu sözlərlə başlayır.

30 dəqiqəlik proqramda bu böyük insanın həyat tarixçəsini nəvəsinin diliylə vərəqləyəcək, «Stalin-lə ixtilal xatirələri»ni səsləndirəcək,onun doğma səsini eşidəcək, yaratdığı Cümhuriyyətin özəlliklərini öz dilindən duyacağıq.

M.Ə.Rəsulzadənin doğum günündə - yanvarın 31-də saat 23-də «İz»dən çıxmayın.

Bu «İz»i itirməyin!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG