Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

-

İsrail və Fələstin arasında danışıqlar yenidən canlanarsa, Fransa Fələstini dövlət kimi tanınmağa hazırdır.

Bunu Fransanın xarici işlər naziri Laurent Fabius bildirib.

Onun sözlərinə görə, Fransa İsrail-Fələstin problemlərinin həlli üzrə beynəlxalq konfransa sponsorluq etməyə hazırdır.

Konfrans bu ilin yazında İsrail, Fələstin, ABŞ, AB, Ərəb dövlətlərinin təmsilçiliyə ilə keçirilə bilər.

Fələstin administrasiyasının BMT-dəki daimi nümayəndəsi Riad Mansur Fransanın qərarını alqışlayıb, amma İsrailin reaksiyası soyuq olub. Adının çəkilməsini istəməyən bir israilli diplomat bildirib ki, Fransanın bəyanatı Fələstin tərəfini danışıqlarda qarşılıqlı uğur qazanmaqdan imtinaya «şirnikləndirir».

Günün bütün mövzuları

XS
SM
MD
LG