Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:52

-

Rusiyanın «Su-27» qırıcı təyyarəsi Qara dəniz səmasında kəşfiyyatçı Amerika təyyarəsinə təhlükə yaradıb, onun düz 5 metrliyindən uçub.

Hadisə həftənin əvvəli baş versə də, Pentaqon bu barədə məlumatı dördüncü gün açıqlayıb.

Pentaqon rəsmisi bildirib ki, rusiyalı pilot təhlükəli və qeyri-peşəkar davranıb, amerikalı ekipajı və özünü təhlükəli vəziyyətə qoyub.

Pentaqon rəsmisinin sözlərinə görə, rusiyalı pilot kəşfiyyatçı təyyarənin 5 metrliyinə uçub və sonra qəfil uzaqlaşıb.

Bu, Amerika kəşfiyyatçı pilotlarının üzləşdiyi ilk hadisə deyil. ABŞ Müdafiə Nazirliyi bildirir ki, bir dəfə də Rusiya qırıcısı Amerika təyyarəsinin yaxınlığında uçub və «qeyri-peşəkar» davranıb. Amerika tərəfi bununla bağlı Rusiyaya etiraz bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG