Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:53

-

“Zika virusunun Azərbaycana keçmə ehtimalı sıfra bərabərdir. Buna görə də Azərbaycanda bu virusa qarşı qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur.”

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bunu “Trend”ə deyib. Baş epidemioloq zika virusunun Azərbaycan üçün xas olmadığını da açıqlayıb: “Bu virus yeni deyil. Vaxtılə Afrikada olub. O, illər ərzində mutasiya olunaraq, bir formadan başqa formaya keçir. Virusun ölkəmiz üçün xas olan heç bir xüsusiyyəti yoxdur. Bu məsələni şişirtməyə ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycanda ümumiyyətlə, yoluxucu xəstəliklərə qarşı tədbirlər görülür."

Günün bütün mövzuları

XS
SM
MD
LG