Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:42

-

Meydan TV-nin icraçı direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Yanvarın 29-da keçirilən məhkəmə iclasında da şahidlər ifadə verməli idi. Lakin hakim Əfqan Hacıyev bildirdi ki, şahidlər məhkəməyə çağırılsa da, heç biri gəlməyib.

Daha sonra Nazim Ağabəyovun vəkili Adil İsmayılov məhkəməyə vəsatət təqdim etdi. Vəsatət narkoloji ekspertiza keçirilməsi üçün Nazim Ağabəyovun aparılıb-gətirilməsi barədə aktın və ekspertiza rəyinə əlavə edilməli olan spektoqramın (narkotik vasitələrin tərkibi barədə) surətlərinin məhkəməyə təqdim edilməsi haqda idi. Vəkil həmçinin rəy vermiş ekspert Aybəniz Hüseynovanın məhkəmədə şahid qismində dindirilməsini istədi. Adil İsmayılov qeyd etdi ki, ekspertizanın rəyində spektoqramın adı çəkilsə də, özü yoxdur, işə əlavə edilməyib.

Hakim bildirdi ki, vəsatətlə bağlı müvafiq orqanlara sorğular göndəriləcək.

Məhkəmə prosesi fevralın 3-də davam edəcək.

İT mütəxəssisi Nazim Ağabəyov Emin Millinin qaynı olmaqla yanaşı, həm də Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir və həbsinin səbəbini hökuməti kəskin tənqid edən Emin Millinin qohumu olmasıyla əlaqələndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG