Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Azərbaycanın xalq artisti, tanınmış bəstəkar Musa Mirzəyev yanvarın 29-da səhər saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, vida mərasimində nazir Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin görkəmli nümayəndələri iştirak edib.

Musa Mirzəyev 1933-cü ildə Bakıda doğulub.

O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.

M. Mirzəyev Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü olub, Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub.

Mərhum bəstəkar ikinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG