Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Finlandiya İsveçin ardınca təxminən 20 min qanunsuz miqrantı ölkdən çıxarmaq fikrindədir.

Ötən il bu ölkəyə 32 min qaçqın gəlib.

Finlandiyanın daxili işlər naziri Paivi Nerg bildirib ki, sığınacaq istəyənlərin 2/3-nə rədd cavabı veriləcək.

2014-cü ildə sığınacaq istəyənlərin isə 56 faizi rədd cavabı alıb.

Nazir xüsusilə İraq, Əfqanıstan və Somalidən olan qaçqınlara qarşı qaydaların sərtləşdirildiyini deyir.

Finlandiya 2015-ci ildə Finlandiyaya İraqdan 20 minədək qaçqın gəlib.

Daxili işlər naziri bildirib ki, artıq yaxın aylarda İraqa təyyarə ilə deportasiya başlanacaq.

Hökumət deportasiya ediləcək qaçqınlar üçün iki ayrıca düşərgə hazırlayır.

Onlardan birində könüllü getmək istəyənlər, digərində isə məcburi deportasiya olunanlar saxlanacaq.

Onlardan təxminən 4 mini artıq könüllü şəkildə ölkədən çıxmaq istədidklərini bildiriblər.

Finlandiya hazırda Rusiya ilə qaçqın axının dayandırılması yollarını müzakirə edir.

Norveç ötən ilin dekabrında Rusiyadan gələn qaçqınların üzünə sərhədi bağladıqdan sonra Rusiya ilə Finlandiya sərhəddində qaçqınların sayı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG