Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:21

-

Ağ Evin Putin-in korrupsioner olması barədə dedikləri “qəzəb doğurur və təhqiredicidir”. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

Yanvarın 28-də Ağ Evin sözçüsü Josh Earnest demişdi ki, ABŞ Maliyyə nazirliyi rəsmisinin Rusiya Prezidenti Vladimir Putin-i korrupsioner kimi təsvir etməsi Prezident Barack Obama Administrasiyasının “baxışlarını çox yaxşı təsvir edir”.

Peskov cümə günü jurnalistlərə bildirib ki, ABŞ rəsmilərinin bəyanatlarında məqsəd Rusiyada növbəti prezident seçkisinə təsir göstərməkdir.

Maliyyə nazirliyinin terrorçuluq və maliyyə cinayətləri üzrə rəsmisi Adam Szubin isə yanvarın 26-da BBC Panorama-ya müsahibəsində söyləyib ki, Putin “korrupsiyanın şəklidir” – gizli sərvət toplayıb, korrupsionerdir, dostlarının və siyasi müttəfiqlərinin varlanmasına diqqət ayırıb.

“Görünür, okeanın o tayında hələ 2 il sonra olacaq seçkilərə hazırlaşmağa başlayıblar”, Peskov deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG