Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:13

Süni intellekt Go çempionuna qalib gəlib


Go
Go

-

«GÜCLÜ RƏQİB KİMİ OYNAYIR»

Bir texnologiya şirkətinin hazırladığı «AlphaGo» proqramı son Avropa çempionu Fan Hui-ni «Go» oyununda udmağa imkan verib. Bu 2 min 500 illik strategiya oyununun çempionu beş oyunun beşində də yenilib. «Nature» elmi dərgisi belə yazır.

Fan Hui proqramın insan kimi oynadığını bildirir: «Əvvəl başdan proqramla qarşılaşdığımı bilməsəydim, çox güclü bir rəqiblə oynadığımı düşünərdim».

«AlphaGo»nun digər kompüter proqramlarıyla oyunlarda da 99.8 faiz qalib gəldiyi vurğulanır.

Proqram mart ayında dünyanın ən peşəkar «Go» oyunçularından sayılan Lee Sedol-la qarşılaşacaq.

PROQRAM OYUNU ALQORİTMLƏ ÖYRƏNİB

Kompüterlər bu günədək şahmat, dama kimi masa oyunlarında dünya çempionlarını yensələr də, o nəticəni «Go» oyununda göstərə bilməmişdi.

IBM-in «Deep Blue» adlı dama proqramı 1997-ci ildə dünya çempionu Garry Kasparov-a qalib gəlmişdi. Ancaq «AlphaGo» proqramı sırf bir oyun üçün hazırlanmayıb və oyunu ortaq hədəfli bir alqoritmlə öyrənib.

«Go» oyunu Çin, Yaponiya, Cənubi Koreya kimi Asiya ölkələrində çox yayılmış strategiya oyunudur. Onu iki oyunçu 181 ağ və eyni sayda qara daşla bir taxtada oynayır. Hədəf- daşlarla rəqibdən daha çox yer tutmaq, onun daşlarını öz daşlarınla çevrələyib qalib gəlməkdir.

XS
SM
MD
LG