Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

-

Azərbaycanda qəbiristanlıqların istifadəsi haqqında yeni qanun layihəsi hazırlanıb.

«Report» xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin yanvarın 29-da keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, layihənin müzakirə üçün şəhər, rayon və qəsəbə bələdiyyələrinin assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır: «Onlar layihəni müzakirə etdikdən sonra öz təkliflərini verəcəklər. Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edən məsələdir. Ona görə də ilk olaraq bunun üçün tələb olunan vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır» - Arif Rəhimzadə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG