Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:42

«Avis» apteklərinin sahibi həbs olunub


«Avis»
«Avis»

-

«Avis» tibbi marketlər şəbəkəsinin rəhbəri Elmir Məhərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu haqda AzadlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O, həmin şəxsin süni qiymət artımında və başqa qanunsuzluqlarda ittiham olunduğunu bildirir.

Baş Prokurorluq ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.

Yanvarın 28-də Dövlət Təhlükəsizlik Xidmətinin «Avis»də araşdırma apardığı haqda mətbuatda məlumatlar getmişdi. DTX isə bunu təkzib etmişdi.

«Avis» şirkətinin saytında qoyulan telefonların heç birinə cavab verilmir.

«Avis» tibbi marketlər şəbəkəsi Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek açıb.

XS
SM
MD
LG