Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:28

Sərnişin qatarlarına biletlər onlayn satılır


Qatar
Qatar

-

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti internet vasitəsilə yeni onlayn satış sistemini istifadəyə verib.

Bu haqda AzadlıqRadiosuna qurumun mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib: «Məqsəd sərnişinlərin işini asanlaşdırmaqdır. Bundan əvvəlki sistem köhnəlmişdi, yeniləndikdən sonra sürət də artdı».

Sərnişinlər ady.az-da «Onlayn bilet satışı» bölməsinə daxil olmaqla həm ölkə daxilinə, həm ölkə xaricinə işləyən qatarlara bilet sifariş edə biləcəklər. Gediş haqqı plastik kartla ödəniləcək.

«Azərbaycan Dəmir Yolları» ölkə içində biletin qiymətini artırmasa da, xaricə hərəkət edənqatarlarda gediş haqqı bahalanıb.

XS
SM
MD
LG