Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

-

Ötən həftə Ağstafadan Bakıya doğru hərəkət edən qatarın daşlanmasından sonra qatarlarda mühafizə gücləndirilib. Eləcə də Nəqliyyatda Baş Polis İdarəsi nəzarəti artırıb.

Bu haqda AzadlıqRadiosuna «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

«Əlbəttə, nəzarət gücləndirilib. Qatarlarda hər zaman mühafizə olur. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı hər zaman bizi müşayiət edir», - «Azərbaycan Dəmir Yolları»nın rəsmisi bildirir.

Nadir Əzməmmədovun sözlərinə görə, QSC-nin mühafizə dəstəsi Bakı-Sumqayıt arasında hərəkət edən qatarın da təhlükəsizliyi məqsədilə nəzarəti artırıb: «Bəzən qatarlara daş atırlar. Mühafizə gücləndirilib. Həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları müəyyən ərazilərdə buna nəzarət edirlər».

Mətbuat Katibliyinin rəisi oxşar hərəkətin təkrarlanmadığını bildirir.

Yanvarın 24-də Şəmkirdə bir qrup şəxs sərnişin qatarını daşa basıb. Nəticədə 6 nəfər zərər çəkib, qatarların 14 şüşəsi sındırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG