Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:26

«Bu il enerji və daşıma ili olacaq»


İsmail Alper Coşkun
İsmail Alper Coşkun

-

2016-cı il Türkiyə və Azərbaycan münasibətləri baxımından enerji və daşınma ili olacaq.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

O, bəzi spekulyasiyalara baxmayaraq, TANAP-ı da bitirəcəklərini bildirib: «Bu il Bakı-Tbilisi-Qars dəmiryol xəttini açacağıq. Yalnız Türkiyə ilə bağlı məsələlər qalır. Əslində işlər ötən il bitməli idi. Lakin bəzi hüquqi problemlər çıxdı. Amma işlər bu il bitəcək».

Səfir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakı görüşü ilə bağlı hazırlıqların da davam etdiyini deyib.

Səfir Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu, Azərbaycana hər sahədə dəstək verməyə hazır olduğunu da bəyan edib.

«Azərbaycan öz müdafiə sahəsini gücləndirmək əzmində olan ölkədir və biz Azərbaycana bu sahədə də dəstək verəcəyik», - diplomat bildirib.

XS
SM
MD
LG