Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

Suriya danışıqlarına təhlükə yaranıb


Sürixdə Suriya danışıqlar, arxiv fotosu

Sürixdə Suriya danışıqlar, arxiv fotosu

-

Əsas müxalifət qruplarının imtinası yanvarın 29-da Cenevrədə gözlənən Suriya sülh danışıqlarını təhlükə altında qoyur.

Səudiyyə Ərəbistanının dəstəklədiyi müxalifət qrupları koalisiyası danışıqlara qatılmayacağını bildirib, deyib ki, hökumətin mühasirədə olan şəhərlərə yardımı barədə razılaşma əldə olunmayınca danışıqlara getməyəcəklər.

Danışıqlarda Suriya kürdlərinin təmsilçiləri də olmayacaq, çünki Türkiyə onların qadağan olunmuş PKK-ya bağlı olduğunu bildirir.

ABŞ Dövlət Departamenti yanvarın 28-də Suriya müxalifətini danışıqlara qoşulmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG