Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:14

Samir Şərifov: «Valyuta bazarı sabitləşib»


Samir Şərifov
Samir Şərifov

-

Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində maliyyə bazarında durumun sabitləşdiyi barədə açıqlama verib. Onun sözlərinə görə, yanvarın əvvəlində valyuta bazarında müşahidə olunan qarışıqlıq aradan qaldırılıb və görülən tədbirlər nəticəsində vəziyyət sabitləşib.

«BİR GÜN O BAHALAŞACAQ»

«Beləliklə, «üzən məzənnə»yə keçid olundu, manatın məzənnəsi aşağı düşür, ancaq istisna deyil ki, bir gün o bahalaşacaq. Bundan sonra tələbat təklifdən asılı olacaq», - deyə nazir maliyyə bazarını tələb və təklifin tənzimləyəcəyini söyləyib.

Nazir ölkəyə valyuta daxilolmalarının azaldığını, amma idxal tələbatının, yəni valyutada həyata keçirilən ödənişlərin o qədər də azalmadığını vurğulayıb. Nazirə görə, bu natarazlığı aradan qaldırmaq və yerli istehsalın qorunması üçün manatın məzənnəsinin ucuzlaşması qaçılmaz idi.

«Mərkəzi Bankın valyuta ehtiyatlarının ciddi şəkildə, Neft Fondunun aktivlərinin cüzi olsa da, azalmasına baxmayaraq, ölkənin valyuta ehtiyatlarının həcmi kifayət qədərdir»- nazir bildirib.

Bütün baş verənləri normal proses sayan S.Şərifov vəziyyətin tarazlaşdırılması və sabitləşməsi üçün Fondun vəsaitlərindən istifadə etməyin lazım olduğunu vurğulayıb.

«BU EHTİYAC KƏSKİN DEYİL»

Nazir söyləyib ki, bu gün ölkənin xaricdən borclara ehtiyacı var, amma bu ehtiyac kəskin deyil. Onun sözlərinə görə, BVF Azərbaycan tərəfinin xahişi ilə ölkədə iqtisadi sahədə bir sıra tədbirlərin görülməsinə müəyyən texniki kömək edəcək. Ona görə, məhz bu səbəbdən AİB, BVF və DB-ın missiyaları Bakıdadır.

Şərifovun sözlərinə görə, ölkənin kreditlərin təcili surətdə cəlbinə ehtiyacı yoxdur, amma ehtiyac yaranan zaman onlardan kredit götürə bilər.

2015-ci il dekabrın 21-də baş vermiş ikinci devalvasiyadan sonra dollar manata nisbətən kəskin bahalaşdı. Ölkənin maliyyə bazarında qeyri-sabitlik başladı, valyuta ehtiyatları kəskin azaldı. Dövlət başçısı İlham Əliyev builki Davos səfəri çərçivəsində beynəlxalq maliyyə institutlarının başçıları ilə görüşlər keçirdi və bu görüşlərdən az sonra, yanvarın 28-dən bu qurumların təmsilçilərinin Bakı səfəri başladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG