Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Rezaian-ın buraxılmasını bayram etdilər


Jason Rezaian (ortada) John Kerry ilə söhbət edir, 28 yanvar, 2016-cı il

Jason Rezaian (ortada) John Kerry ilə söhbət edir, 28 yanvar, 2016-cı il

-

“The Washington Post” qəzeti Tehran bürosunun rəhbəri Jason Rezaian həbsdən buraxılması münasibətilə mərasim keçirib. Tədbirdə ABŞ Dövlət katibi John Kerry də iştirak edib.

Rezaian Tehranla məhbus mübadiləsi çərçivəsində həbsdən buraxılıb. Onun sözlərinə görə, iranlı müstəntiqlər 18 aylıq həbs müddətində ona deyirmişlər ki, ABŞ hökuməti onun buraxılması üçün “barmağını belə tərpətməyəcək”.

Ancaq John Kerry onun və digər 4 amerikalı məhbusun buraxılmasından ötrü pərdəarxası işləyirmiş. Rezaian dövlət katibinə göz yaşları içində təşəkkür edib.

Tədbir qəzetin yeni ofisində yanvarın 28də keçirilib. Kerry çıxışında deyib ki, Rezaian-ın həbsi ABŞ rəsmiləri üzərinə ağır yük qoyub:

“Bunun yanlış olduğunu, Jason-un və digərlərinin nələr yaşadığını bilirdik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG