Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

-

ABŞ Maliyyə nazirliyi rəsmisinin Rusiya Prezidenti Vladimir Putin-i korrupsioner kimi təsvir etməsi Prezident Barack Obama Administrasiyasının “baxışlarını çox yaxşı təsvir edir”. Bunu yanvarın 28-də Ağ Evin sözçüsü Josh Earnest deyib.

Maliyyə nazirliyinin terrorçuluq və maliyyə cinayətləri üzrə rəsmisi Adam Szubin yanvarın 26-da BBC Panorama-ya müsahibəsində deyib ki, Putin “korrupsiyanın şəklidir” – gizli sərvət toplayıb, korrupsionerdir, dostlarının və siyasi müttəfiqlərinin varlanmasına diqqət ayırıb.

Putin-in sözçüsü Dmitry Peskov bu sözləri “rəsmi ittiham və yalan” adlandırıb.

Putin özü də dəfələrlə sərvət toplaması barədə media məlumatlarına “cəfəngiyat” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG