Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:41

-

Fəaliyyətdə olmayan və tək qeyri-yaşayış binasından ibarət “S.V.N” şirkəti artıq “Amal İnvest”ə məxsusdur

Ötən ilin mayında yaranan və oktyabr ayında “Xalq Bank”ın səhmdarları sırasına daxil olan “AMAL İnvest Group” şirkəti “S.V.N.” MMC-ni içərisində “əridib”. Adıgedən birinci şirkətin ölkənin ən iri holdinqi olan “Paşa Holding”ə bağlı olduğu bldirilir.

“Vergilər” qəzetində açıqlanan məlumata görə, “S.V.N.” MMC “AMAL İnvest Group” MMC-yə qoşulub.

Bina barədə bilgi verilmir

Şirkətdən AzadlıqRadiosuna deyiblər ki, əvvəlcə “S.V.N”-dən - fəaliyyətdə olmayan və yalnız bir qeyri-yaşayış binasından ibarət bu şirkətdən pay hüququ alınıb. Daha sonra isə “idarətmənin səmərəliliyini artırmaq” məqsədilə şirkətin “udulmasına” qərar verilib.

Binanın harada yerləşməsinı dair bilgi verilmir.

“S.V.N.” MMC-nin 2,7 milyon manatlıq kapitalı var.

“Amal İnvest” daşınmaz əmlak idarəçiliyi sahəsində ixtisaslaşıb

“PMD İndustries”, “Avanqard-I” və “Baku Development” şirkətlərinin birləşməsi nəticəsində yaranan “AMAL İnvest Group”un daşınmaz əmlak idarəçiliyi sahəsində ixtisaslaşdığı bildirilir. Yaranarkən “AMAL Development” adı daşıyan şirkətin nizamnamə kapitalına 35 milyon manat vəsait qoyulub.

"AMAL Invest Group" MMC 31,84 milyon manatlıq payla “Xalq Bank” ASC-də səhmlərin 15,05 faizinə sahibdir. Şirkətə “Paşa Holding”in bir neçə qurumunda çalışan Araz Ağayev rəhbərlik edir.

Vergilər Nazirliyinin hüquqi şəxslər haqqında məlumat bazasından "AMAL Invest Group" MMC-yə (VÖEN 1403103401) dair bilgilər çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG