Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:27

-

Zülfüqarlı qardaşları əllərindən alınmış zavodlarını geri qaytarmaq niyyətindədirlər. Qardaşlar yanvarın 28-də keçirdikləri mətbuat konfransında bununla bağlı ölkə başçısına müraciət ediblər (Turan).

Mətbuat konfransını “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarının əmək kollektivləri keçiriblər. Onlar ölkə başçısına müraciətlərində zavodlarının geri qaytarılmasını, fəaliyyətinin bərpasına kömək etməsini xahiş ediblər.

“Bakı Elektroştamp” zavodunun icraçı direktoru Ramiz Əhmədov deyib ki, bir neçə il əvvəl müəssisələr sahiblərinin əlindən reyder yolu ilə alınıb. Müəssisələrin bütün avadanlığı aparılıb.

Müəssisələrin əmək kollektivləri sahibkarlığın müdafiəsi üzrə ölkədəki tədbirlər fonunda sözügedən zavodların qanuni sahiblərinə qaytarılmasına ümidli olduqlarını ifadə ediblər.

Yada salaq ki, adları çəkilən müəssisələrin səhmdarları Loğman və Nurəddin Zülfüqarlı qardaşlarıdır. Onlar 2005-ci ildə həbs edilmiş, bundan sonra hər iki zavodun səhmlərinin nəzarət paketini verməli olmuşdular. Qardaşlar 2011-ci ildə qalan səhmləri verməkdən imtina edərək ölkədən gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG