Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:27

-

Hakim Yeni Azərbaycan Partiyası bildirir ki, üzvlərinin sayı 667-min nəfəri keçib.

2015-ci ildə partiyaya 23 min nəfərdən çox yeni üzv qəbul edilib. Bu bilgi hakim partiyanın İdarə Heyətinin yanvarın 28-də keçirilən toplantısında açıqlanıb.

YAP-ın maliyyə hesabatına görə, 2015-ci ildə partiyanın gəlirləri 7 442 113 manat təşkil edib. Bu vəsaitin 6 293 512 manatı üzvlük haqlarından toplanıb, 1 148 601 manatsa büdcədən - siyasi partiyalara ayrılan dövlət dəstəyindən əldə olunub. Maliyyə vəsaitinin 3 767 616 manatı əmək haqlarının ödənilməsinə, 573 169 manatı isə tədbirlərin maliyyələşməsinə xərclənib. YAP 2015-ci ildə keçirilmiş son parlament seçkilərinə büdcəsindən 187 788 manat xərcləyib. Hakim partiyanın yanacaq və avtomobillərə xidmət xərci 182 737 manat olub.

YAP 2016-cı ilin yanvar ayının 1-nə ehtiyat vəsaitinin 6 000 000 manat təşkil etdiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG