Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:04

-

"Bəzi kütləvi informasiya vasitələrində özlərini iqtisadçı ekspert kimi təqdim edən şəxslər Gömrük Komitəsinin qərarlarına ikrahla yanaşır, həmin qərarları yanlış yozur, Komitənin fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər." Gömrük Komitəsinin yanvarın 28-də yayıdığı açıqlamada belə deyilir.

Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında verdiyi qərarı xatırladan Gömrük Komitəsi bildirir ki, “dünyada baş verən iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirmək məqsədilə mühüm addımlar atılır“. Gömrük Komitəsi ekspertlərin belə qərarlara münasibətini doğru hesab etmir, “kütləvi informasiya vasitələrini, mütəxəssisləri diqqətli olmağa , ümumi işə töhfə verməyə çağırır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG